Rusiya, Moskva, 27 fevral /Trend, xüsusi müxbir Y.Kriştalyov/
Moskvanın "Lujniki" zalında bədii gimnastika üzrə 2011-ci il Moskva Qran-prisinin kvalifikasiyası çərçivəsində yarışların sponsoru olan "Qazprom" kuboku keçirilib.
Fərdi gimnastların yarışında bütün pyedestalı Rusiya idmançıları - Yevgeniya Kanayeva, Darya Kondakova və Yana Lukonina tutublar.
Azərbaycan gimnastlarından ən yaxşı nəticəyə Aliyə Qarayeva nail olub. O, Qran-prinin halqa və lentlə yarışların bazar günü keçiriləcək finallarına yüksəlib.
Aliyə Qarayeva bədii gimnastika üzrə 2011 Moskva Qran-prisinin iki finalında çıxış edəcək
Moskvanın "Lujniki" zalında bədii gimnastika üzrə 2011-ci il Moskva Qran-prisinin kvalifikasiyası çərçivəsində yarışların sponsoru olan Qazprom kuboku keçirilib.
