...

Azərbaycanın təhsil naziri mərkəzləşdirilmiş sınaq buraxılış imtahanlarının nəticələrindən narazıdır

Cəmiyyət Materials 2 Mart 2011 12:43 (UTC +04:00)
Azərbaycanın təhsil naziri mərkəzləşdirilmiş sınaq buraxılış imtahanlarının nəticələrindən narazıdır
Azərbaycanın təhsil naziri mərkəzləşdirilmiş sınaq buraxılış imtahanlarının nəticələrindən narazıdır

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir Z.Əhmədova/

Fevralda məktəblərdə keçirilən mərkəzləşdirilmiş sınaq buraxılış imtahanlarının nəticələri çox aşağı səviyyədə olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib.

"Yaxşı nəticələr gözlənilirdi. Lakin Bakı və Şirvan zonasının məktəblərində keçirilən sınaq imtahanlarının nəticələri göstərdi ki, məktəblilərin bilik səviyyəsi istənilən dərəcədə deyil. Belə səviyyədən razı qalmaq olmaz. Ona görə də bu problemlə ciddi məşğul olmaq lazımdır", - nazir bildirib.

Bakı məktəblərinin 11-ci sinif şagirdləri üçün mərkəzləşdirilmiş sınaq buraxılış imtahanları fevralın 12-də keçirilib.

Xəbər lenti

Xəbər lenti