...

Azərbaycanın xalq artistini bıçaqlamaqda günahlandırılan şəxslərin məhkəmə istintaqı yekunlaşıb

Cəmiyyət Materials 4 Mart 2011 13:37 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsindən Trend-ə verilən məlumata görə, proses matın 11-də dövlət ittihamçısının çıxışı ilə davam etdiriləcək.
Azərbaycanın xalq artistini bıçaqlamaqda günahlandırılan şəxslərin məhkəmə istintaqı yekunlaşıb

A zərbaycan, Bakı, 4 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın xalq artistini bıçaqlamaqda ittiham olunan şəxslərin məhkəmə istintaqı yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsindən Trend-ə verilən məlumata görə, xalq artisti Faiq Ağayevin bıçaqlanmasında ittiham olunan şəxslərin işi üzrə proses matın 11-də dövlət ittihamçısının çıxışı ilə davam etdiriləcək.

Ötən il s entyabrın 27-də səhər saatlarında, Bakının Nəsimi rayonu ərazisində, əvvəllər "Kubinka" adlanan yerdə xalq artisti Faiq Ağayevin özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı "Audi" markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən "VAZ-2107" markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi yaranıb. Mübahisə sonradan münaqişəyə çevrilib. Nəticədə Ağayev və onun yanında olan iki nəfər çoxsaylı bıçaq xəsarətləri alıb.

Məlikov Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır zərərvurma), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə), Məmmədov isə 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.

Hadisənin digər iştirakçısı olmuş Natəvan Şərifova CM-nin 221.3-cü maddəsi ilə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti