Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan sərhədçiləri ötən ay ərzində axtarışda olan 70 nəfəri saxlayıblar.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, saxlanılan şəxslər hüquq-mühafizə orqanlarına təhvil verilib.
Fevral ayı ərzində 33 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb, nəticədə 55 nəfər saxlanılıb.
Tutulan sərhəd pozucularından 38-i Azərbaycan, 2-si Gürcüstan, 1-i İran, 1-i Polşa vətəndaşıdır.
Sərhəd pozucularından 13 nəfəri qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri nəticəsində saxlanılıb. Onlardan 11-i Banqladeş, 2-si isə Moldova vətəndaşlarıdır.
Fevralda sərhədçilər qanunsuz dövriyyədən 11 halda 5 kiloqram 558 qram narkotik maddə çıxarıblar.
Həmçinin, 57 halda ümumi dəyəri 274 706 manat olan qaçaqmal saxlanılıb.
Azərbaycan sərhədçiləri axtarışda olan 70 nəfəri saxlayıb
Azərbaycan sərhədçiləri ötən ay ərzində axtarışda olan 70 nəfəri saxlayıblar.
