...

Ümumdünya Rusdilli Mətbuat Assosiasiyası Şurasının konfransı Dublində öz işinə başlayır

Cəmiyyət Materials 5 Mart 2011 12:16 (UTC +04:00)
Dublində (İrlandiya) martın 5-dən 8-dək Ümumdünya Rusdilli Mətbuat Assosiasiyası Şurasının konfransı keçiriləcək.
Ümumdünya Rusdilli Mətbuat Assosiasiyası Şurasının konfransı Dublində öz işinə başlayır

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir E.Tariverdiyeva/

Dublində (İrlandiya) martın 5-dən 8-dək Ümumdünya Rusdilli Mətbuat Assosiasiyası Şurasının konfransı keçiriləcək.

Ümumdünya Rusdilli Mətbuat Assosiasiyası illik iclasını Dublində ilk dəfə keçirir. Səfər zamanı konfrans iştirakçıları İrlandiyada Rusiya İşgüzar Assosiasiyasının nümayəndələri ilə görüşəcəklər.

Konfrans Rusiya KİV-in Avropada təqdimatı məqsədini daşıyır. Bununla yanaşı, tədbir çərçivəsində irland jurnalistlər rusiyalı həmkarları ilə sürətlə dəyişən dünyada KİV-in qarşılıqlı fəaliyyəti yollarını müzakirə edəcəklər.

Tədbirdə Trend BİA-nın rəhbərliyi iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti