...

Azərbaycanda ev heyvanları ilə qəddar davrananlar məsuliyyətə cəlb olunacaqlar - Nazirlər Kabineti

Cəmiyyət Materials 10 Mart 2011 14:41 (UTC +04:00)
Azərbaycan hökuməti yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydalarını təsdiq edib. Bu barədə cümə axşamı Trend-ə Nazirlər Kabinetindən bildiriblər.
Azərbaycanda ev heyvanları ilə qəddar davrananlar məsuliyyətə cəlb olunacaqlar - Nazirlər Kabineti

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan hökuməti yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydalarını təsdiq edib. Bu barədə cümə axşamı Trend-ə Nazirlər Kabinetindən bildiriblər.

Qaydalarda qeyd olunur ki, ev heyvanları saxlayan şəxslər ərazinin epizootoloji sabitliyini və insanların sağlamlığını qorumağa borcludurlar və ərazi baytarlıq idarələri, sanitar-epidemioloji, daxili işlər və yerli icra hakimiyyəti orqanları bu qaydalara əməl edilməsinə nəzarəti həyata keçirməlidirlər.

Təşkilatlarda, idarələrdə, müəssisələrdə gözətçi itlər yalnız xüsusi yerlərdə saxlanmalıdır.

Həmçinin, qaydalara əsasən heç bir şəxs ev heyvanı ilə qəddar davranmamalı, onlara ağrı, yaxud zərər verməməli və heyvanları müvafiq orqanlara xəbər vermədən sahibsiz vəziyyətə salmamalıdırlar. Nazirlər Kabinetinin qərarında heyvanlarla qəddar rəftara görə məsuliyyət də qeyd olunub.

Ümumilikdə, "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları"nda ev heyvanı saxlayan şəxslərin hüquqları, məhdudiyyətlər, həmin şəxslərin vəzifələri, heyvanların saxlanması qaydalarının pozulmasına görə məsuliyyət, heyvanların saxlanması qaydalarına nəzarət, heyvan saxlamaq hüququndan məhrum etmə öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti