...

Bakı şəhər İcra Hakimiyyəti Novruz bayramı ilə əlaqədar bayram şənliyi keçirəcək

Cəmiyyət Materials 11 Mart 2011 15:51 (UTC +04:00)
Novruz bayramı ilə əlaqədar ilaxır çərşənbə münasibətilə Bakı şəhər İcra Hakimiyyəti bayram şənliyi keçirəcək.
Bakı şəhər İcra Hakimiyyəti Novruz bayramı ilə əlaqədar bayram şənliyi keçirəcək

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir K.Zərbalıyeva/

Novruz bayramı ilə əlaqədar ilaxır çərşənbə münasibətilə Bakı şəhər İcra Hakimiyyəti bayram şənliyi keçirəcək.

Bakı şəhər İcra Hakimiyyətindən cümə günü Trend-ə verilən məlumata görə, martın 15-də saat 12:00-da "Azneft" meydanından dəvələrdən ibarət karvanla hərəkət edərək Suraxanı rayonu Atəşgah məbədindən od götürən milli geyimli oğlan və qızlar musiqi sədaları altında Novruz personajlarının iştirakı ilə gətirilən odla saat 19:00-da Qız qalasının üstündəki məşəli alovlandıracaqlar.

İlaxır çərşənbə münasibətilə incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.

İcra Hakimiyyəti paytaxt sakinlərini konsertə və atəşfəşanlığa dəvət edir.

Xəbər lenti

Xəbər lenti