...

Azərbaycanda dövlət sanitariya nəzarətinin təkmilləşdirilməsi istiqamətində layihələr hazırlanıb

Cəmiyyət Materials 16 Mart 2011 13:23 (UTC +04:00)
Azərbaycanda dövlət sanitariya nəzarətinin təkmilləşdirilməsi istiqamətində bir sıra sənədlərin layihələrinin hazırlanmasına başlanıb.
Azərbaycanda dövlət sanitariya nəzarətinin təkmilləşdirilməsi istiqamətində layihələr hazırlanıb

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda dövlət sanitariya nəzarətinin təkmilləşdirilməsi istiqamətində bir sıra sənədlərin layihələrinin hazırlanmasına başlanıb.

Trend-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin internet saytı xəbər yayıb.
Məlumata görə, Gigiyena və Epidemiologiya Mərkəzi ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında bağlanmış müqaviləyə uyğun olaraq, sənəd layihələrinin hazırlanması prosesi başlayıb.

İlkin olaraq "Dövlət sanitariya-epidemioloji xidməti tərəfindən tikinti, yenidənqurma, yenidən planlaşdırma, təkmilləşdirmə və yeni texnika ilə təchiz edilmə layihələrinə rəy verilməsi qaydaları" və "Dövlət sanitariya-epidemioloji xidməti tərəfindən qeyri-yaşayış sahələrində yaradılan müxtəlif təyinatlı obyektlərin fəaliyyətinin razılaşdırılması barədə rəyin verilməsi qaydaları"nın layihələri hazırlanaraq Səhiyyə Nazirliyinə təqdim edilib.

Xəbər lenti

Xəbər lenti