...

Gürcüstan polisi Azərbaycan vətəndaşını narkotik satarkən saxlayıb

Cəmiyyət Materials 16 Mart 2011 13:56 (UTC +04:00)
Gürcüstanın hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşını narkotik satarkən saxlayıblar.
Gürcüstan polisi Azərbaycan vətəndaşını narkotik satarkən saxlayıb

Gürcüstan, Tbilisi, 16 mart /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşını narkotik satarkən saxlayıblar.

Patrul və sərhəd polisinin birgə əməliyyatı nəticəsində Maqsud Hacıyev Gürcüstan-Azərbaycan sərhədinin "Qırmızı körpü" nəzarət-buraxılış məntəqəsinin yaxınlığında saxlanılıb. Bu barədə Trend-ə Gürcüstanın sərhəd polisindən məlumat verilib.

O, narkotiki Gürcüstan vətəndaşlarına satan zaman saxlanılıb.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti