...

Azərbaycanda radiasiya fonu normadan iki dəfə aşağıdır

Cəmiyyət Materials 18 Mart 2011 13:06 (UTC +04:00)
Azərbaycanda radiasiya fonu normadan iki dəfə aşağıdır. Bunu cümə günü Trend-ə AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib.
Azərbaycanda radiasiya fonu normadan iki dəfə aşağıdır

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda radiasiya fonu normadan iki dəfə aşağıdır. Bunu cümə günü Trend-ə AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib.

"Yaponiyada baş verən radiasiya təhlükəsinin Azərbaycana gəlməsi ehtimalı yoxdur. Hazırda Azərbaycanda radiasiya fonu 6,5-8 mikrorentgen/saat arasındadır. Bu, normadan iki dəfə aşağıdır", - Qəribov deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazisində radiasiya fonunu yoxlamaq üçün 6 daimi nəzarət stansiyası işləyir. Hər bir stansiyanın son göstəricisində dəyişiklik yoxdur.

Qəribov Yaponiyadan Azərbaycana gətiriləcək məhsulların sərhəd keçid məntəqələrində yoxlanılacağını da deyib.

"Yaponiyadan Azərbaycana ədatən texniki avadanlıqlar gətirilir və sərhəd keçid məntəqələrində monitorinq cihazları ilə onlara nəzarət edilir. Bütün keçid məntəqələrində bu cür cihazlar qurulub", - o, qeyd edib.

Zəlzələ nəticəsində Fukusima prefekturasında fəaliyyət göstərən "Fukusima-1" və "Fukusima-2" atom elektrik stansiyalarında nasazlıq əmələ gəlib, stansiyaların yaxınlığında radiasiyanın həcmi mümkün normanı 1000 dəfə üstələyib və Yaponiya rəsmilərinə əsasən, radiasiyanın səviyyəsinin artması müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti