Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir M.Əliyev/
Novruz bayramında Azərbaycanda hava şəraiti əsasən mülayim olacaq. Bu barədə şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq. Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 9-13 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında martın 20-də hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 3-7 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq.
Novruz bayramında Azərbaycanda hava şəraiti əsasən mülayim keçəcək
Novruz bayramında Azərbaycanda hava şəraiti əsasən mülayim olacaq. Bu barədə şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
