...

Azərbaycan Ombudsman Aparatının əməkdaşları Eynulla Fətullayevə baş çəkiblər

Cəmiyyət Materials 19 Mart 2011 17:12 (UTC +04:00)
Azərbaycan Ombudsman Aparatının əməkdaşları Eynulla Fətullayevə baş çəkiblər
Azərbaycan Ombudsman Aparatının əməkdaşları Eynulla Fətullayevə baş çəkiblər

Azərbaycan, Bakı, 19 mart /Trend/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan " Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevlə görüşüb, onun vəziyyətini araşdırıblar.

Söhbət zamanı Fətullayev səhhətində bəzi narahatlıqların olduğunu, həkim müayinəsindən keçdiyini və dərman preparatları ilə təmin edildiyini bildirib.

Məhkum 1 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi və əməkdaşları tərəfindən ona qarşı rəftardan şikayət etməyib.

Cəzaçəkmə müəssisəsinin rəisi məhkumun səhhətinin nəzarət altında olduğunu və müəssisədə onun həyatına təhlükə olmadığını söyləyib, lakin Fətullayevin öz xahişi ilə cərimə təcridxanasının kamerasında təhlükəsiz şəraitdə tək saxlandığını qeyd edib.

Aparatın əməkdaşları Fətullayevin həkim müayinəsindən keçməsi ilə bağlı müəssisə rəhbərliyinə tapşırıq verib.

"Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin sabiq baş redaktoru Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib. Sonradan baş redaktor terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti