...

Turkiyə parlamentin sədri Azərbaycan milli məclisin spikerini Novruz bayramı münasibəti ilə təbrik edib

Cəmiyyət Materials 22 Mart 2011 21:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 mart /Trend/

Türkiyə böyük millət məclisin sədri Mehmet Əli Şahin Azerbaycan milli məclisin spikeri Oqtay Əsədovu Novruz bayramı münasibəti ilə təbrik edib. Bu barədə çərşənbə axşamı Axşam türk qəzetinin saytı məlumat yayıb.

Təbrik məktubunda Mehmet Əli Şahin YUNESKO-nun qeyri-maddi mədəniyyət irsinin siyahısına daxil olunması və BMT-nin Baş assambleyası tərəfindən 21 mart günü Beynalxalq Novruz bayramı günü elan edilməsi dünyada sülh, qarşılıqlı anlaşma və hörmətin möhkəmlənməsinə vasitə yaradacağına ümidini bildirib.

"Səmimi ürəkdən sizi ümümi dəyərimiz olan Novruz bayramı münasibəti ilə təbrik edirəm" - Mehmet Şahinin məktubunda deyilir. Həmin məktub Qazaxıstan senatının spikeri Kasım-Jomart Tokayeva və Qırğızıstan parlamentinin spikeri Ahmatbek Kaldibekova ünvanlamışdı.

Xəbər lenti

Xəbər lenti