...

Azərbaycanda yaşayan Axısxa türklərinin "Vətən" cəmiyyətinə yeni sədr seçilib

Cəmiyyət Materials 26 Mart 2011 16:32 (UTC +04:00)
Azərbaycan yaşayan Axısxa türkləri "Vətən" cəmiyyətinin VII qurultayının ikinci iclası keçirilib.
Azərbaycanda yaşayan Axısxa türklərinin "Vətən" cəmiyyətinə yeni sədr seçilib

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan yaşayan Axısxa türklərinin "Vətən" cəmiyyətinin VII qurultayının ikinci iclası keçirilib.

Trend-in məlumatına görə, iclasın məqsədi cəmiyyətin 1992-ci ildə qəbul etdiyi Nizamnaməyə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanuna əsasən bir sıra dəyişikliklər etmək və yeni Nizamnaməyə uyğun olaraq cəmiyyətə sədr seçmək olub.

"Vətən" cəmiyyəti Mərkəzi Şurasının sədri Sabircan Cəlilov sürgün, köçürülmə prosesinin ağır nəticələrini görmüş, böyük problemlərin həlli ilə üzləşmiş Axısxa türklərinin çətinliklərindən danışıb və xalqlarımızın sıx tellərlə bir-birinə bağlılığını qeyd edib.

İclasda Nizamnaməyə bir sıra dəyişikliklər edilib, ölkəmizdə yaşayan Axısxa türklərinin cəmiyyətinin adı dəyişilərək "Vətən" Cəmiyyəti İctimai Birliyi adlandırılıb. İctimai Birliyə üzv olanlar üçün yaş məhdudiyyəti iki il artırılaraq 18-ə çatdırılıb.

Fəzli Əşrəfov səs çoxluğu ilə Axısxa türkləri "Vətən" Cəmiyyəti İctimai Birliyinin sədri seçilib. İclasda həmçinin Mərkəzi Şuranın 25 nəfərdən ibarət tərkibi müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti