...

Azərbaycanda seysmoloji vəziyyətlə bağlı rəsmi mövqe açıqlanıb

Cəmiyyət Materials 28 Mart 2011 12:04 (UTC +04:00)
Azərbaycanda seysmoloji vəziyyət stabildir. Bunu Trend-ə bazar ertəsi Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.
Azərbaycanda seysmoloji vəziyyətlə bağlı rəsmi mövqe açıqlanıb

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda seysmoloji vəziyyət stabildir. Bunu Trend-ə bazar ertəsi Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.

"Hazırda ölkə ərazisində seysmik fon səviyyəsində təkanlar qeydə alınır ki, bunları Azərbaycan üçün xarakterik saymaq olar", - Yetirmişli deyib.

Onun sözlərinə görə, bu il başlayandan Azərbaycanda qeydə alınan zəlzələlərin dağıdıcı xarakter daşımaması və hiss olunmaması seysmik durumun fon səviyyəsində olmasını təsdiqləyir.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, mart ayı ərzində Azərbaycanın Şirvan, Hacıqabul, Sabirabad şəhərlərinin yaxınlığında 12 ballıq cədvəl üzrə 3,5 bal gücünə qədər bir sıra yeraltı təkanlar qeydə alınıb.

Həmçinin, mart ayı ərzində Qobustan rayonunun Şıxzəyirli kəndi yaxınlığında yeraltı təkanlar səbəbindən Şıxzəyirli palçıq vulkanının püskürməsi qeydə alınıb. Təbiət hadisəsi zamanı külli miqdarda palçıq lavası ətraf ərazilərə axıb və partlayış nəticəsində torpaq üzərində 40-50 santimetrlik çatlar əmələ gəlib.

Son illər Azərbaycan ərazisində müşayiət olunan ən güclü zəlzələ 2000-ci il noyabrın 25-də Abşeron yarımadasının cənubunda baş vermişdi. İntensivliyi MSK-64 cədvəli ilə 6-7 bala çatan zəlzələ ən çox Bakı və Abşeron yarımadasından şimalda olan sahilboyu rayonları dağıntıya məruz qoymuşdu.

Yaponiyada baş verən dağıdıcı zərzələdən sonra bəzi ekspertlər Azərbaycanda da güclü zəlzələnin olacağı barədə rpoqnozlar veriblər.

Xəbər lenti

Xəbər lenti