...

Rusiyalı kosmonavtlar Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 29 Mart 2011 17:58 (UTC +04:00)
Rusiyalı kosmonavtlar və kosmonavtika üzrə mütəxəssislər aprelin ilk günlərində Azərbaycana səfər edəcək.
Rusiyalı kosmonavtlar Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir T.Hacıyev/

Rusiyalı kosmonavtlar və kosmonavtika üzrə mütəxəssislər aprelin ilk günlərində Azərbaycana səfər edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Mili Aerokosmik Agentliyinin (MAKA) baş direktorunun müavini Tofiq Süleymanov məlumat verib.

Onun sözlərinə görə, rusiyalı kosmonavtların Azərbaycana səfərinin məqsədi Yuri Qaqarinin ilk dəfə kosmik fəzaya çıxmasının 50 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməkdir.

Süleymanov qeyd edib ki, Azərbaycana səfər edəcək nümayəndə heyətinin tərkibi hələ dəqiqləşdirilməyib, lakin nümayəndə heyətinə keçmiş SSRİ-nin tanınmış kosmonavtlarının daxil ediləcəyi istisna edilmir.

MAKA rəsmisi bildirib ki, səfər çərçivəsində rusiyalı mütəxəssislər azərbaycanlı alimlərlə fikir mübadiləsi aparacaqlar və əməkdaşlığın gələcək perspektivləri nəzərdən keçiriləcək.

1961-ci il aprelin 12-də sovet kosmonavtı Yuri Qaqarinin açıq kosmosa uçuşu baş tutub. Bu hadisə ilə bəşər tarixində ilk dəfə insan açıq kosmosa çıxıb. Baykonur start məntəqəsindən "Vostok" gəmisində uğurla kosmosa çıxan Qaqarin göydə 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə qayıdıb.

Xəbər lenti

Xəbər lenti