...

Bakı Slavyan Universitetində insanın kosmosa ilk uçuşunun 50 illiyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 5 Aprel 2011 14:57 (UTC +04:00)
Çərşənbə axşamı Bakı Slavyan Universitetində ilk kosmonavt Yuri Qaqarinin kosmosa uçuşunun 50 illiyinə həsr edilən tədbir keçirilib.
Bakı Slavyan Universitetində insanın kosmosa ilk uçuşunun 50 illiyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Çərşənbə axşamı Bakı Slavyan Universitetində ilk kosmonavt Yuri Qaqarinin kosmosa uçuşunun 50 illiyinə həsr edilən tədbir keçirilib. Tələbələrlə görüşdə kosmonavt, Rusiya Qəhrəmanı Maksim Surayev, Rusiya Dövlət Dumasının deputatı Viktor Malaşenko, "Roskosmos"un nümayəndəsi Aleksandr Boçkarev, Rusiyanın Azərbaycandakı səfiri Vladimri Doroxin və Rusiyadan olan digər qonaqlar iştirak edib.

Tədbirdən əvvəl qonaqları universitetin rektoru Kamal Abdulla qəbul edib.

Görüşdə Surayev Qaqarinin uçuşunun 50 illiyinə həsr edilən kitabı hədiyyə edib.

Tələbələrlə görüşdə BSU-nun rektoru kosmonavt Surayevə və digər qonaqlara universitetə gəldiklərinə görə təşəkkür edib və kosmonavtı "BSU-nun dostu" medalı ilə təltif edib.

"Bizim hamımız Qaqarinin kosmosa uçuşu günü keçirdiyimiz emosional hissləri xatırlayırıq. Azərbaycan indi də Rusiya dövlətinin nailiyyətləri ilə fəxr edir", - rektor bildirib.

Öz növbəsində Surayev Azərbaycan xalqına mehriban qəbula görə minnətdarlığını bildiirb.

"Qaqarinin uçuşu SSRİ-də baş verib və bu bizim Azərbaycanla və digər respublikalarla ümumi qələbəmiz olub. Düzdür, bütün dünya bu uçuşu bayram edərək, dünyanın ilk kosmonavtının milli mənsubiyyətini qeyd etmir", - Surayev vurğulayıb.

Tələbələrlə görüşdə insanın kosmosa uçuşu haqqında filmin və Surayevin kosmosa uçuşundan bəhs edən videoçarxın təqdimatı keçirilib.

Xəbər lenti

Xəbər lenti