...

Xəzərdə sərnişin gəmi reysləri açılacaq

Cəmiyyət Materials 8 Aprel 2011 10:42 (UTC +04:00)
İran Xəzərin sahilində yerləşən Gilan, Mazandaran və Gülüstan əyalətləri arasında sərnişindaşıma həyata keçirmək üçün gəmi reysləri açacaq.
Xəzərdə sərnişin gəmi reysləri açılacaq

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir T.Cəfərov/

İran Xəzərin sahilində yerləşən Gilan, Mazandaran və Gülüstan əyalətləri arasında sərnişindaşıma həyata keçirmək üçün gəmi reysləri açacaq. Bunu İranın "Qədir" gəmiçilik şirkətinin direktoru Hüseyn Gitipəsənd deyib. Bu barədə Trend İranın /shomalnews.com/ saytına istinadən məlumat verir.

Onun sözlərinə görə, reyslərin açılması üçün üç əyalətin ərazisində 20 yanalma körpüsü tikilməlidir.

"Xəzərdə sərnişindaşıma üçün gəmi reyslərinin açılması 17 000 nəfərin işlə təmin olunmasına və həmin üç əyalət arasındakı magistral yollarda tıxacların azalmasına səbəb olacaq", - Gitipəsənd deyib.

O, əlavə edib ki, bu layihəinin ilkin dəyərləndirmə və araşdırma işləri aparılıb. Lisenziya verildikdən sonra cari ilin iyun ayında Mazandaran əyalətinin Nur şəhərində ilk yanalma körpüsünün inşasına başlanacaq.

İranın Gilan, Mazandaran və Gülüstan əyalətlərinin sahilboyu sərhədinin uzunluğu 400 kilometrdir.

Xəbər lenti

Xəbər lenti