...

Bakıda Sivilizasiyalar Alyansı naminə Qlobal Gənclər Hərəkatının I Konqresi öz işinə başlayıb

Cəmiyyət Materials 9 Aprel 2011 13:22 (UTC +04:00)
Bakıda aprelin 9-da Sivilizasiyalar Alyansı naminə Qlobal Gənclər Hərəkatının I Konqresi öz işinə başlayıb.
Bakıda Sivilizasiyalar Alyansı naminə Qlobal Gənclər Hərəkatının I Konqresi öz işinə başlayıb

Azərbaycan, Bakı, 9 aprel / Trend , müxbir M.Əliyev /

Bakıda aprelin 9-da Sivilizasiyalar Alyansı naminə Qlobal Gənclər Hərəkatının I Konqresi öz işinə başlayıb.

İSESKO-nun direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin sözlərinə görə, 2010-cu ildə BMT "Gənclər ili" çərçivəsində gənclər sahəsində bir sıra layihələr hazırlayıb.

"Bu layihələr çərçivəsində YUNESKO və İSESKO müxtəlif proqramlar həyata keçirir", - o deyib.

Əl-Tüveycrinin sözlərinə görə , Sivilizasiyalar Alyansı naminə Qlobal Gənclər Hərəkatı məhz bu sıradan olan tədbirlərdən biridir.

Konqres zamanı gənclər təşkilatları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, onun BMT-nin Sivilizasiyalar Alyansında iştirakı təşəbbüslərinin dəstəklənməsi müzakirə olunacaq. Qeyd olunub ki, gənclər öz fəaliyyətləri və proqramların həyata keçirilməsi vasitəsilə dünyada mədəniyyətlərarası və dinlərarası əməkdaşlığa kömək edə bilərlər.

Sivilizasiyalar Alyansı naminə Qlobal Gənclər Hərəkatının məqsədi dünyadakı münaqişəli vəziyyətlərin həllində gənclərin sülhməramlı səylərinin gücləndirilməsidir.

Xəbər lenti

Xəbər lenti