Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir T.Hacıyev/
Bu gündən etibarən iki ay ərzində İçərişəhərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Trend-in Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi məumata görə, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması qoruqda aparılan təmir-bərpa işləri ilə əlaqədardır.
Aprelin 11-dən etibarən Meridian otelindən Kiçik Karvansaraya qədər olan sahədə yolun və kommunikasiya xətlərinin əsaslı təmirinə başlanıldığı üçün iki ay ərzində bu istiqamətdə avtomobillərin hərəkəti mümkün olmayacaq. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu səbəbdən Kiçik Qala küçəsindən istifadə etməyi xahiş edir.
Bu gündən İçərişəhərdə avtomobillərin hərəkəti məhdudlaşdırılır
Bu gündən etibarən iki ay ərzində İçərişəhərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
