...

Azərbaycan və İspaniya elm sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar

Cəmiyyət Materials 12 Aprel 2011 18:03 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası İspaniyanın Bask Ölkəsi Universiteti ilə elm sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb. Trend-in məlumatına görə, bu barədə AMEA-nın çərşənbə günü yaydığı məlumatda deyilir.
Azərbaycan və İspaniya elm sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyası İspaniyanın Bask Ölkəsi Universiteti ilə elm sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb. Trend-in məlumatına görə, bu barədə AMEA-nın çərşənbə günü yaydığı məlumatda deyilir.

AMEA-nın I vitse-prezidenti Arif Həşimovun İspaniyaya səfəri zamanı imzalanan saziş təhsil və tədqiqatlar üzrə əməkdaşlığın hər iki qurumun əhatə etdiyi sahələr çərçivəsində inkişaf etdirilməsini nəzərdə tutur.

İspaniyanın Bask Ölkəsi Universiteti İspaniyanın şimalında yeganə dövlət universitetidir. O, Bask Ölkəsində bu ərazidə aparılan təqdiqatların 90 faizini həyata keçirən əsas elmi-tədqiqat müəssisəsidir.

Xəbər lenti

Xəbər lenti