...

Azərbaycanda elmi ixtisaslar siyahısının YUNESKO-nun nomenklaturasına uyğunlaşdırılması müzakirə edilir

Cəmiyyət Materials 19 Aprel 2011 16:11 (UTC +04:00)
Azərbaycanın Ali Attestasiya Komissiyası (AAK) elmi ixtisaslar siyahısının YUNESKO-nun və digər beynəlxalq təşkilatların ixtisaslar nomenklaturasına uyğunlaşdırılmasını müzakirə edir.
Azərbaycanda elmi ixtisaslar siyahısının YUNESKO-nun nomenklaturasına uyğunlaşdırılması müzakirə edilir

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Ali Attestasiya Komissiyası (AAK) elmi ixtisaslar siyahısının YUNESKO-nun və digər beynəlxalq təşkilatların ixtisaslar nomenklaturasına uyğunlaşdırılmasını müzakirə edir. Bu barədə Trend-ə AAK sədrinin müavini Vəli Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycanda 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya çərçivəsində həyata keçirilən müzakirələrin yekunlarına dair yeni siyahı təsdiq ediləcək.

AMEA-nın prezidenti Mahmud Kərimov bildirmişdi ki, elmi-tədqiqat müəssisələrinin doktoranturasına YUNESKO-nun təklif etdiyi ixtisaslar üzrə qəbulun aparılması gözlənilir. Kərimovun sözlərinə görə, qəbulun YUNESKO-nun siyahısında olan ixtisaslara uyğun və ya köhnə ixtisaslar üzrə keçirilməsi ilə bağlı danışıqlar aparılır.

Azərbaycan Nazirlər Kabineti Təhsil Nazirliyi istisna olmaqla, AMEA və doktoranturaların yaradıldığı digər təşkilatların doktorantura pilləsinə qəbul planını təsdiq edib. Plana əsasən, AMEA-ya fəlsəfə doktoru elmi dərəcəsi üzrə əyani şöbədə 176 yer, qiyabi şöbədə 39 yer ayrılıb. Doktoranturalarun yaradıldığı digər təşkilatlara fəlsəfə doktoru elmi dərəcəsi üzrə əyani şöbədə 108, qiyabi şöbədə 81, elmlər doktoru elmi dərəcəsi üzrə əyani şöbədə 18, qiyabi şöbədə 30, dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi üzrə 145, elmlər doktoru elmi dərəcəsi üzrə isə 13 yer ayrılıb.

Xəbər lenti

Xəbər lenti