...

Ombudsman 17 aprel aksiyası ilə bağlı araşdırma aparıb

Cəmiyyət Materials 21 Aprel 2011 12:06 (UTC +04:00)
Ombudsman 17 aprel aksiyası ilə bağlı araşdırma aparıb.
Ombudsman 17 aprel aksiyası ilə bağlı araşdırma aparıb

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Ombudsman 17 aprel aksiyası ilə bağlı araşdırma aparıb.

Ombudsman Aparatından Trend-ə bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları 17 aprel 2011-ci ildə baş vermiş aksiya zamanı saxlanılan şəxslərlə görüşmək məqsədilə Bakı şəhər Baş Polis İdarəsinin inzibati həbs olunanların saxlanma məntəqəsinə (İQHSM) başçəkmə həyata keçiriblər.

İQHSM-də saxlanılan şəxslər saxlanma şəraiti və müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməyiblər.

Ombudsman Azərbaycan Respublikasının Baş prokuroruna və daxili işlər nazirinə məktubla müraciət edərək, başçəkmə zamanı saxlanılan şəxslərdən alınmış məlumatların yoxlanılmasını, qanun çərçivəsində tədbir görülməsini və nəticəsi barədə məlumat verilməsini xahiş edib.

Xəbər lenti

Xəbər lenti