...

Daxili İşlər və Nəqliyyat Nazirlikləri yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib

Cəmiyyət Materials 23 Aprel 2011 19:32 (UTC +04:00)
Daxili İşlər və Nəqliyyat Nazirlikləri yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə, eləcə də sürücülərə xəbərdarlıq edib.
Daxili İşlər və Nəqliyyat Nazirlikləri yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Daxili İşlər və Nəqliyyat Nazirlikləri yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə, eləcə də sürücülərə xəbərdarlıq edib.

Daxili İşlər və Nəqliyyat Nazirliklərinin Trend-ə daxil olan birgə açıqlamasında bildirilir ki, yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, eləcə də sürücülər konstruksiyalarında dəyişikliklər edilmiş avtomobilləri cari ilin may ayının 1-dək istehsalçı zavodun həmin avtomobillər üçün müəyyən etdiyi normalara uyğunlaşdırmaqla yük daşıma qaydalarına ciddi riayət etsinlər. Əks təqdirdə həmin şəxslər barəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, inzibati tənbeh tədbirləri görülməklə nəqliyyat vasitələri yol hərəkətində iştirakdan kənarlaşdırılacaqlar.

Məlumata deyilir ki, son illər Respublikada müasir tələblərə uyğun avtomobil yollarının çəkilməsi hərəkət iştirakçılarının təhlükəsizliyi və rahatlığı üçün geniş imkanlar yaratmışdır.

"Lakin, avtonəqliyyat vasitələrində daşınan yüklərin normadan artıq yüklənməsi yolların, körpülərin, yol ötürücüləri və digər yol qurğularının sıradan çıxması ilə yanaşı hərəkətin təhlükəsizliyinin təmin olumasında da ciddi problemlər yaradır. Bir çox hallarda belə daşımalar avtomobillərin yük yerlərinin, qabarit ölçülərinin artırılması, kuzovlarının bortlarının qaldırılması yolu ilə həyata keçirilir ki, bu da "Yol hərəkəti haqqında" və "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanunlarının tələblərinə ziddir və bu qanun pozuntularına yol verən şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə məsuliyyət daşıyırlar", - məlumatda bildirilir.

"Yükləmə və yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər bu barədə dəfələrlə xəbərdar olunmalarına və inzibati qaydada tənbeh edilmələrinə baxmayaraq, bu kimi hallar hələ də davam edir", - Daxili İşlər və Nəqliyyat Nazirliklərinin məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti