...

Daşqın olacağı təqdirdə, Azərbaycanın su anbarlarında kifayət qədər boş yer var - "Meliorasiya və Su Təsərrüfatı" ASC

Cəmiyyət Materials 26 Aprel 2011 17:56 (UTC +04:00)
yaz ayılarında çaylarda daşqın olarsa, Azərbaycanın su anbarlarında kifayət qədər boş yer var. Bu barədə Trend-ə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin suvarma sistemi şöbəsinin müdiri Əjdər Cavadov deyib.
Daşqın olacağı təqdirdə, Azərbaycanın su anbarlarında kifayət qədər boş yer var - "Meliorasiya və Su Təsərrüfatı" ASC

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir M.Əliyev/

Yaz ayılarında çaylarda daşqın olarsa, Azərbaycanın su anbarlarında kifayət qədər boş yer var. Bu barədə Trend-ə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin suvarma sistemi şöbəsinin müdiri Əjdər Cavadov deyib.

"Ötən ildən fərqli olaraq bu il Mingəçevir, Şəmkir və Araz su anbarlarında doldurulma üçün kifayət qədər yer var", - Cavadov bildirib.

Onun sözlərinə görə, son həftə ərzində Kürdə suyun səviyyəsinin artması mövsümi xarakter daşıyır, bugünkü daşqından təhlükəli nəticələr gözlənilmir.

Azərbaycanın Qazax rayonunda Kür çayı məcrasından çıxaraq Yuxarı Salahlı kəndindəki ərazini su altında qoyub, çayın sağ sahilində torpaq bəndini dağıdıb.

"Şəmkir və Qazax rayonlarında çayda sululuğun səviyyəsi sahil səviyyəsindən aşağıdır. Qısamüddətli daşqın bu region üçün təhlükə törətmir", - Cavadov bildirib. Onun sözlərinə görə, bu qənaətə bu günlərdə Qazax rayonunda müşahidələr aparan ASC-nin mütəxəssisləri gəlib.

"Ötən il Kürün ətraf yerləri su altında qoymasının səbəblərindən biri o olub ki, 2009-cu ilin oktyabrından 2010-cu ilin mayınadək intensiv yağışlar yağıb, keçən payız və qışda isə intensiv yağışlar müşahidə edilməyib", - ASC-nin şöbə müdiri vurğulayıb. Onun sözlərinə görə, ASC hər gün Kürdə sululuğun səviyyəsini izləyir.

Kür çayının 277 kilometrlik hissəsində, Neftçala, Salyan, Sabirabad, Saatlı, Kürdəmir, Zərdab, Mingəçevirdə bəndlərin möhkəmləndirilməsi üzrə işlər gedir.

Ötən il Kür, Araz və digər çayların öz məcrasından çıxması nəticəsində Azərbaycanın 40 rayonunun ərazisində daşqın olub.

Xəbər lenti

Xəbər lenti