...

TQDK Azərbaycanın ali məktəblərinə dördüncü ixtisas qrupu üzrə qəbul imtahanlarında böyük müsabiqə gözləyir (VİDEO)

Cəmiyyət Materials 29 Aprel 2011 12:20 (UTC +04:00)
Sınaq imtahanlarının nəticələrinə görə, 2011/2012-ci tədris ili üçün qəbul imtahanlarında ən böyük müsabiqənin dördüncü ixtisas qrupu üzrə olacağı gözlənilir.
TQDK Azərbaycanın ali məktəblərinə dördüncü ixtisas qrupu üzrə qəbul imtahanlarında böyük müsabiqə gözləyir (VİDEO)

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir M.Əliyev/

Sınaq imtahanlarının nəticələrinə görə, 2011/2012-ci tədris ili üçün qəbul imtahanlarında ən böyük müsabiqənin dördüncü ixtisas qrupu üzrə olacağı gözlənilir. Bu barədə Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, son sınaq imtahanlarında abituriyentlər bu ixtisas qrupu üzrə orta hesabla 300-dən yuxarı bal toplayıblar.

"800 nəfərə yaxın abituriyent 500-dən yuxarı bal toplayıb. Nəzərə alsaq ki, Azərbaycan Tibb Universiteti üzrə qəbul planı təxminən 800-1000 yerdir, onda bu il həmin ali məktəbə qəbul balının 500 baldan yuxarı olacağını gözləmək olar", - Abbaszadə deyib.

TQDK rəhbərinin sözlərinə görə, digər ixtisas qrupları üzrə sınaq imtahanında iştirak edən abituriyentlərin orta göstəriciləri 200-250 bal təşkil edir.

"Sınaq imtahanları ilk növbədə ona görə keçirilir ki, qəbul imtahanlarına gedən abituriyentlər həm texniki, həm də psixoloji baxımdan hazır olsunlar. Onlar hazırkı anda biliyin səviyyəsi barədə həqiqi məlumat verirlər", - Abbaszadə deyib.

Onun sözlərinə görə, statistik araşdırmalar göstərir ki, abituriyentlərin aprel-may aylarında sınaq imtahanlarında nümayiş etdirdikləri real bilik qəbul imtahanlarında da təkrar olunur.

"Sınaq və qəbul imtahanlarının korrelyasiyasının əmsalı 0,8 faiz təşkil edir. Bu, çox yüksək göstəricidir. Sınaq imtahanını düzgün verən abituriyent qəbul imtahanlarında nə qədər bal toplayacağını təxmin edə bilər", - TQDK sədri bildirib.

Onun sözlərinə görə, sınaq imtahanlarında daha çox bal toplamaq üçün şparqalka və digər variantlardan istifadə edən abituriyentlər öz-özlərini aldadırlar. "Abituriyentlər öz yerlərini müəyyən etməlidirlər", - Abbaszadə deyib.

TQDK sədri onu da bildirib ki, sınaq imtahanlarında abituriyentlərin yarıdan azı iştirak edir.

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti