...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "qaynar xətt"inə 106 müraciət edilib

Cəmiyyət Materials 5 May 2011 10:35 (UTC +04:00)
Bu ilin aprel ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "qaynar xətt"inə 106 müraciət daxil olub. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "qaynar xətt"inə 106 müraciət edilib

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin aprel ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "qaynar xətt"inə 106 müraciət daxil olub. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, ağacların kəsilməsi ilə əlaqədar 21, aşma təhlükəsinin olması ilə əlaqədar 72, havadan gələn kəskin qoxu ilə bağlı 3, məişət tullantılarının qalaqlanması ilə bağlı 5, yerin təkindən istifadə ilə bağlı 1, çirkab suların axıdılması ilə bağlı 3, radiasiya ilə bağlı isə 1 müraciət edilib.

Ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş müraciətlər ETSN-in əməkdaşları tərəfindən araşdırılıb, 5 şikayət üzrə fakt təsdiqlənib və qanunauyğun tədbirlər görülüb. 16 müraciət isə öz təsdiqini tapmayıb.

Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 72 müraciətdən 67-nə yerində baxış keçirilərək təhlükə yaradan ağaclara müvafiq rəy və təkliflər verilib. 2 müraciət əsassız hesab edilib, 3 müraciət isə icradadır.

Məişət tullantılarının qalaqlanması, yerin təkindən istifadə, havanın çirklənməsi, çirkab suların axıdılması və radiasiya ilə əlaqədar daxil olmuş 13 müraciətdən 2-si ilə bağlı qanunamüvafiq tədbirlər görülüb, 11 müraciət isə öz təsdiqini tapmayıb.

Araşdırmalar zamanı daxil olan müraciətlərin çoxunun şəxsi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub.

Xəbər lenti

Xəbər lenti