...

"Heydər Əliyev və xaricdə təhsil" mövzusunda "dəyirmi masa" keçirilib(FOTO)

Cəmiyyət Materials 6 May 2011 16:54 (UTC +04:00)
Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə "Heydər Əliyev və xaricdə təhsil" mövzusunda "dəyirmi masa" keçirilib.
"Heydər Əliyev və xaricdə təhsil" mövzusunda "dəyirmi masa" keçirilib(FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir T.Hacıyev/

Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə "Heydər Əliyev və xaricdə təhsil" mövzusunda "dəyirmi masa" keçirilib. Trend-in məlumatına görə, cümə günü keçirilən tədbirdə müxtəlif dövrlərdə xaricdə təhsil almış azərbaycanlılar və hazırda dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycan Respublikasının dövlət himnini oxuyublar. Tədbiri giriş sözü ilə TUMİB-in sədri Çingiz Bayramov açıb. O, sovetlər dönəmində və müstəqillik illərində ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin xaricdə təhsil almaları üçün göstərdiyi təşəbbüslərdən danışıb. O qeyd edib ki, Heydər Əliyev ideyalarını bu gün Prezident İlham Əliyev uğurla davam etdirir.

TUMİB-in baş katibi Hikmət Əliyev ulu öndərin "Mən fəxr edirəm ki, azərbaycanlıyam" sözlərini xatırladıb.

"Ümummilli liderimizin bu sözləri hər bir azərbaycanlı üçün həyat prinsipi olmalıdır", - o qeyd edib.

Daha sonra çıxış edənlər bildiriblər ki, Heydər Əliyev öz əməlləri ilə tarixə öz damğasını vuran şəxsiyyətlərdən olub.

Ümummilli lider Heydər Əliyev 1923-cü ilin may ayında dünyaya gəlib. 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Onun ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan iqtisadi inkişafına görə Sovet Sosialist Respublikaları İttifaqında (SSRİ) ən öndəgedən ölkələrdən birinə çevrilib. Müstəqillik dövründə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında mühüm xidmətləri olub. Məhz onun hakimiyyəti dövründə Azərbaycan ciddi siyasi və iqtisadi böhrandan çıxaraq uğurlu inkişaf yoluna qədəm qoyub.

Xəbər lenti

Xəbər lenti