...

"Meliorasiya və su təsərrüfatı" ASC FHN-ə daşqınların qarşısının alınması üzrə layihələr təqdim edib

Cəmiyyət Materials 10 May 2011 12:42 (UTC +04:00)
Azərbaycanın "Meliorasiya və su təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti Fövqəladə Hallar Nazirliyinə daşqınların və onların nəticələrinin qarşısının alınması üzrə dörd layihə təqdim edib.
"Meliorasiya və su təsərrüfatı" ASC FHN-ə daşqınların qarşısının alınması üzrə layihələr təqdim edib

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın "Meliorasiya və su təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti Fövqəladə Hallar Nazirliyinə daşqınların və onların nəticələrinin qarşısının alınması üzrə dörd layihə təqdim edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ASC rəhbəri Əhməd Əhmədzadə bildirib.

"Hazırda FHN-də həmin layihələrə baxılır. Onlar ümumi uzunluğu 1200 kilometr olan çayların sahillərinin bərkidilməsini, eləcə də 178 nasos stansiyasının köçürülməsini nəzərdə tutur", - o deyib.

Əhmədzadənin sözlərinə görə, bu il ölkə ərazisinə çaylar vasitəsilə ötən ildəkinə nisbətən böyük həcmdə su gətirilib. Lakin Azərbaycandakı su anbarlarının doldurulması üçün 3 milyard kubmetr sərbəst yer var, ona görə də heç bir daşqın təhlükəsi yoxdur.

Əhmədzadə bildirib ki, hazırda möhkəmləndirmə işləri, yəni 600 kilometr uzunluğunda topraq bəndlərin tikintisi aparılır.

Xəbər lenti

Xəbər lenti