...

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Rumıniyada tədbirlər keçirilib

Cəmiyyət Materials 10 May 2011 16:09 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Rumıniyanın paytaxtı Buxarest şəhərində çərşənbə axşamı tədbirlər keçirilib.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Rumıniyada tədbirlər keçirilib

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Rumıniyanın paytaxtı Buxarest şəhərində çərşənbə axşamı tədbirlər keçirilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Rumıniyadakı səfirliyindən bildirilib.

Tey Parkı - Heydər Əliyev xiyabanında keçirilən tədbirdə Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatası, Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyası, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin xətti ilə Rumıniyada keçirilən qısamüddətli kursların iştirakçıları, Rumıniya Müsəlman Tatar Türklərinin Demokrat Birliyi və Rumıniya Türk Demokrat Birliyinin üzvləri, rumın, tatar və türk ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yubiley tədbirində çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən söhbət açıb, ulu öndərin Azərbaycanın müstəqilliyi, suverenliyi və tərəqqisi uğrunda ağır mübarizə şəraitində keçən məşəqqətli yolundan ətraflı bəhs ediblər. Azərbaycan ilə Rumıniya arasında münasibətlərin müasir şəraitdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində Heydər Əliyevin xüsusi rolunun olduğu vurğulanıb. Tədbirdə qeyd olunub ki, Heydər Əliyevin şəxsiyyətinin və siyasətinin yalnız Azərbaycan çərçivəsində deyil, ümumiyyətlə, regional və qlobal miqyasda dəyərləndirilməsi vacibdir.

Tədbir iştirakçıları Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin binasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olub, Heydər Əliyevə həsr olunmuş sənədli filmə tamaşa ediblər.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Rumıniyanın bir sıra aparıcı mətbuat orqanlarında yazılar dərc olunub.

Xəbər lenti

Xəbər lenti