...

Azərbaycan Moskvada keçirilən beynəlxalq turizm sərgisində iştirak edir

Cəmiyyət Materials 12 May 2011 11:55 (UTC +04:00)
Azərbaycan Moskvada keçirilən "MİTF 2011" (Moscow International Travel Fair) beynəlxalq turizm sərgisində iştirak edir. Mədəniyyət və Turizm Nazirliyindən Trendə verilən məlumata görə, 11-ci dəfə keçirilən sərgidə Azərbaycanı Bakı Turizm İnformasiya Mərkəzinin nümayəndələri təmsil edir.
Azərbaycan Moskvada keçirilən beynəlxalq turizm sərgisində iştirak edir

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Moskvada keçirilən "MİTF 2011" (Moscow International Travel Fair) beynəlxalq turizm sərgisində iştirak edir. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, 11-ci dəfə keçirilən sərgidə Azərbaycanı Bakı Turizm İnformasiya Mərkəzinin nümayəndələri təmsil edirlər.

Bu gündən işə başlayan sərgi mayın 14-də yekunlaşacaq. Sərgidə Azərbaycan milli üslubda hazırlanmış və turizm potensialını təbliğ edən stend təqdim edir.

Sərgidə dünyanın 30 ölkəsindən və Rusiyanın 30 regionundan 500 şirkət iştirak edir. Moskva şəhər Turizm Komitəsinin təşkilatçılığı ilə keçirilən sərgidə müxtəlif növ turizm xidmətləri təklif olunur, bütün növ turist xidmətləri üzrə məsləhətlər verilir, ziyarətçilərə parlaq şou göstərilir.

Xəbər lenti

Xəbər lenti