...

ASB Bank bankomat şəbəkəsini genişləndirməkdə davam edir

Cəmiyyət Materials 12 May 2011 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend/

"Azərbaycan Sənaye Bankı" ASC 5 yeni bankomatını müştərilərinin ixtiyarına verib. Yeni quraşdırılmış bankomatlar Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "Elite" ticarət və əyləncə kompleksində, H.Əliyev prospektində yerləşən Şəfa stadiounda, Babək pr., 85-də fəaliyyət göstərən Modern Hospital klinikasında və Bazarstore Xətai və Bazarstore Gənclik supermarketlərinin girişində yerləşir.

Trend-in məlumatına görə, müştərilər ASB Bank kartlarından başqa digər bankların plastik kartları ilə də bankomatlardan aşağıdakı xidmətləri həyata keçirə bilərlər: 7 gün 24 saat nağd pulun təmini, işıq, qaz, su kommunal ödənişləri, Bakcell və Azercell ödənişləri, kartdan-karta köçürmə əməliyyatları, Pin change əməliyyatları, hesablardan çıxarış.

Hazırda Azərbaycan Sənaye Bankı tərəfindən paytaxtda və ölkəmizin ayrı-ayrı regionlarında 32 ədəd bankomat quraşdırılıb.

Azərbaycan Sənaye Bankı bankomatlar şəbəkəsinin genişləndirilməsi siyasətini davam etdirir və ilin sonunadək öz bankomat şəbəkəsini daha da artıraraq müştərilərinə müasir bank xidmətləri göstərməyə, müştərilərinin həyatını asanlaşdıran xidmətləri çeşidləndirməyə və artırmağa davam edəcək.

"Azərbaycan Sənaye Bankı" 1996-cı ildən fəaliyyətə başlayıb. 2011-ci ilin I rübünün nəticələrinə görə bankın aktivlərinin həcmi 189.393 mln. manat, depozit portfeli 131.058 mln. manat, kredit portfeli 97.757 mln. manat, nizamnamə kapitalı 24.000 mln. manat təşkil edir.

Bankın respublika üzrə 8 filialı, 1 şöbəsi, 32 bankomatı və 299 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 18.750-dən, cəmi müştərilərinin sayı isə 31.750-dən çoxdur.

Xəbər lenti

Xəbər lenti