...

Sabah Azərbaycanda yağışlı hava müşahidə olunacaq

Cəmiyyət Materials 13 May 2011 11:41 (UTC +04:00)
Sabah Azərbaycanda yağışlı hava müşahidə olunacaq.
Sabah Azərbaycanda yağışlı hava müşahidə olunacaq

Azərbaycan, Bakı, 13 may /Trend/

Sabah Azərbaycanda yağışlı hava müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mayın 14-də rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacağı, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti