...

"Gürcüstan müsəlmanları idarəsi"nin yaradılmasının arxasında "Böyük Ermənistan" ideyası dayanır - Qafqazın şeyxi

Cəmiyyət Materials 16 May 2011 13:28 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Gürcüstanda "Gürcüstan müsəlmanları idarəsi" adlı qeyri-hökumət təşkilatının yaradılmasının arxasında "Böyük Ermənistan" ideyasının dayandığını deyib.
"Gürcüstan müsəlmanları idarəsi"nin yaradılmasının arxasında "Böyük Ermənistan" ideyası dayanır - Qafqazın şeyxi

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir M.Əliyev/

Qafqaz Müsəlmanları İdarəsinin sədri Gürcüstanda "Gürcüstan müsəlmanları idarəsi" adlı qeyri-hökumət təşkilatının yaradılmasının arxasında "Böyük Ermənistan" ideyasının dayandığını deyib.

Trend-in məlumatına görə, jurnalistlərə açıqlamasında QMİ sədri Hacı Allahşükür Paşazadə bildirib ki, bu hadisə indinin hadisəsi deyil, bu, dördxaçlı Gürcüstan bayrağının qəbul olunmasından başlayır.

Paşazadə hesab edir ki, Gürcüstanda müsəlman idarəsi yaratmaq, bununla da orada yaşayan müsəlmanları bir növ mənəvi cəhətdən Azərbaycandan qopartmaq məsələsi dini məsələ deyil.

Onun fikrincə, bu işin arxasında başqa planlar dayanır.

"Hər dövlətin ixtiyarı var ki, daxilində hər bir məsələ, o cümlədən dini məsələ ilə bağlı müəyyən qərar qəbul etsin. Əgər Gürcüstanda bütün dinlərlə bağlı belə bir idarə yaransaydı, buna haqq qazandırmaq olardı. Şübhə etmirəm ki, bu planın arxasında "Böyük Ermənistan" ideyası durur. Gürcüstandakı bu hadisə də gələcək siyasi oyunların ilk addımıdır", - bütün Qafqazın şeyxi bildirib.

Paşazadə QMİ-nin bu məsələ ilə bağlı müvafiq müraciətlər edəcəyini deyib.

Ötən həftə Gürcüstanda "Gürcüstan müsəlmanları idarəsi" adlı qeyri-hökumət təşkilatı qeydiyyata alınıb.

Xəbər lenti

Xəbər lenti