...

Azərbaycanda "Vətəni tanı" kampaniyası çərçivəsində növbəti seçim turu yekunlaşıb

Cəmiyyət Materials 18 May 2011 13:07 (UTC +04:00)
Azərbaycanda "Vətəni tanı" ümumrespublika kampaniyası ölkənin iki inzibati ərazi vahidində seçim turlarını yekunlaşıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Gənclər Təşkilatları Milli Şurasından (AGTMŞ) bildirilib.
Azərbaycanda "Vətəni tanı" kampaniyası çərçivəsində növbəti seçim turu yekunlaşıb

Azərbaycan, Bakı, 18 may /Trend /

Azərbaycanda "Vətəni tanı" ümumrespublika kampaniyası ölkənin iki inzibati ərazi vahidində seçim turlarını yekunlaşıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Gənclər Təşkilatları Milli Şurasından (AGTMŞ) bildirilib.

Milli Şuranın təşkilatçılığı, Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirliklərinin dəstəyi ilə keçirilən müsabiqə çərçivəsində Şəmkir şəhər Nizami Gəncəvi adına orta məktəbdə seçim turu keçirilib. Açılış mərasimində Milli Şuranın idarə heyətinin üzvü Heydər Atayev, Şəmkir rayon Təhsil şöbəsinin müdiri Məcid Şıxlinski, məktəbin direktoru Alidə Hüseynova iştirak edərək bildiriblər ki, kampaniya ölkəmizin tanıdılması, gənclərimiz arasında vətənpərvərlik, təhsil səviyyəsinin yüksəldilməsi baxımından çox əhəmiyyətlidir.

Bundan başqa ölkənin cənub bölgəsində kampaniyanı həyata keçirən AGTMŞ-nin işçi qrupu Lerik şəhər 1 saylı orta məktəbdə tədbir keçirib. Kampaniyanın məqsədi barədə gənclərə məlumat verilib. Bu seçim turunda da iki gənc respublika turuna vəsiqə qazanıb.

"Vətəni tanı" kampaniyasının 14-18 yaşlı gənclər arasında bütün respublika üzrə 74 regional turda keçirilməsi nəzərdə tutulub. Hər bir rayondan 2 nəfər, Bakının 11 rayonu üzrə 2 nəfər seçiləcək.

Xəbər lenti

Xəbər lenti