...

Azərbaycanın turizm potensialı Kiyevdə keçirilən sərgidə nümayiş olunub

Cəmiyyət Materials 23 May 2011 13:35 (UTC +04:00)
Azərbaycanın turizm potensialı Kiyevdə keçirilən, kənd və ekoloji turizmin inkişafına həsr edilmiş turizm sərgi-festivalında nümayiş edilib.
Azərbaycanın turizm potensialı Kiyevdə keçirilən sərgidə nümayiş olunub

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın turizm potensialı Kiyevdə keçirilən, kənd və ekoloji turizmin inkişafına həsr edilmiş turizm sərgi-festivalında nümayiş edilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən bazar ertəsi Trendə-ə verilən məlumata görə, ölkənin turizm potensialı Kiyevdə fəaliyyət göstərən və Azərbaycana turlar təklif edən "AzəriTur" turizm şirkəti ilə birgə təşkil olunan xüsusi stend vasitəsilə təqdim edilib.

Tədbirdə müxtəlif turizm şirkətləri kənd və ekoloji turizmlə bağlı təkliflər, marşrut və turlar barədə informasiyalar verib, mədəni-kütləvi tədbirlər keçirilib.

Sərgi-festivalın açılış mərasimində çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli ölkəmizin turizm və kurort imkanları, son illər ərzində turizmin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər və əldə edilmiş uğurlar barədə ətraflı məlumat verib.

Sərgidə keçirilən görüşlər zamanı Ukraynanın müxtəlif turizm şirkətləri, turizm nəşrləri ilə Azərbaycana turizm səfərlərinin təşkili və ölkəmizin turizm imkanlarının təbliği istiqamətində ilkin razılaşmalar əldə edilib.

Xəbər lenti

Xəbər lenti