...

Azərbaycanda yeni inşa olunan cəzaçəkmə müəssisələri ilə bağlı müşavirə keçirilib

Cəmiyyət Materials 25 May 2011 18:56 (UTC +04:00)
Çərşənbə günü Penitensiar Xidmətin Baş idarəsində yeni cəzaçəkmə müəssisələrinin layihələndirilməsinə və tikintisinə nəzarətin gücləndirilməsi məqsədilə layihə institutunun, podratçı təşkilatların nümayəndələrinin iştirakı ilə geniş müşavirə keçirilib
Azərbaycanda yeni inşa olunan cəzaçəkmə müəssisələri ilə bağlı müşavirə keçirilib

Azərbaycan, Bakı, 25 may /Trend/

Çərşənbə günü Penitensiar Xidmətin Baş idarəsində yeni cəzaçəkmə müəssisələrinin layihələndirilməsinə və tikintisinə nəzarətin gücləndirilməsi məqsədilə layihə institutunun, podratçı təşkilatların nümayəndələrinin iştirakı ilə geniş müşavirə keçirilib.

Trend-in PX-nin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən yaydığı məlumata görə, müşavirədə ədliyyə nazirinin müavini Mədət Quliyev və Penitensiar Xidmətin aidiyyəti qurumlarının rəhbərləri də iştirak ediblər.

Müşavirədə çıxış edən nazir müavini Penitensiar Xidmətin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər nəticəsində layihələndirmə və tikinti ilə bağlı aşkar edilmiş qüsurlardan danışıb. Müzakirələr nəticəsində layihə üzrə buraxılmış səhvlər, həmçinin tikinti-quraşdırma işlərinin aparılmasında yol verilmiş nöqsanlar ətraflı araşdırılıb.

Layihələndirmə ilə bağlı yol verilmiş nöqsanların, həmçinin tikintidə keyfiyyətsiz aparılmış işlərin aradan qaldırılması istiqamətində layihəçilərə və podratçılara müvafiq tapşırıqlar verilib.

Müşavirənin yekununda nazir müavini qarşıda duran vəzifələrdən danışaraq, layihə və tikinti təşkilatlarından məsuliyyət hissinin artırılmasını, görülən işlərin keyfiyyətinə nəzarətin gücləndirilməsini tələb edib.

Xəbər lenti

Xəbər lenti