...

İrina Viner: Bu gün bədii gimnastika Azərbaycanda populyarlaşıb

Cəmiyyət Materials 30 May 2011 11:08 (UTC +04:00)
Ümumrusiya Gimnastika Federasiyasının prezidenti, Azərbaycanın bədii gimnastika yığmasının məsləhətçisi İrina Viner bədii gimnastika üzrə Avropa çempionatında iştirak edən azərbaycanlı zəriflərin çıxışlarını yüksək qiymətləndirib.
İrina Viner: Bu gün bədii gimnastika Azərbaycanda populyarlaşıb

Azərbaycan, Bakı, 30 may /Trend/

Ümumrusiya Gimnastika Federasiyasının prezidenti, Azərbaycanın bədii gimnastika yığmasının məsləhətçisi İrina Viner bədii gimnastika üzrə Avropa çempionatında iştirak edən azərbaycanlı zəriflərin çıxışlarını yüksək qiymətləndirib.

"Bilirsinizmi, mən bir vaxtlar əvvəlcə zəiflər qrupunda çıxış edən Azərbaycanın komandasını yalnız Dinarə Gimatovanın təmsil etdiyi vaxtları xatırlayıram. Onda mən Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva ilə görüşdüm və biz Azərbaycanda bədii gimnastikanı inkişaf etdirmək və populyarlaşdırmaq yollarını müzakirə etdik. Bir neçə il keçib və mən çox şadam ki, bu gün Azərbaycanın məhz yeniyetmələrdən ibarət komandası çox gözəl çıxış edərək Avropa çempionatında üçüncü yeri tutdu", - Trend-in məlumatına görə, İrina Viner bildirib.

Bazar günü Minskdə keçirilən Avropa çempionatında Azərbaycanın yeniyetmələrdən ibarət komandası (Lalə Yusifova, Ayişə Mustafayeva, Mənsurə Bağıyeva, Aynur Cabbarlı, Səbinə Qaratova və Siyana Vasilyeva) bürünc medal qazanıblar.

İrina Vinerin sözlərinə görə, finalda azərbaycanlı yeniyetmələr çox yaxşı çıxış ediblər və ilkin yarışlarda dördüncü olublar. "Bütün bunlar ondan xəbər verir ki, bu, bir vaxtlar Dinaranın verdiyi, daha sonralar Aliyə Qarayeva və Anna Qurbanovanın davam etdirdiyi impulsdur. Bütün bunlar ona gətirib çıxarıb ki, indi bədii gimnastika Azərbaycanda populyarlaşıb, onun yeni yüksəkliyə qalxması üçün çox böyük diqqət və vəsait ayrılır. Bu gün biz görürük ki, Azərbaycanın gələcəyi olan yeniyetmələr çox yüksək səviyyədə çıxış edirlər", - o qeyd edib.

Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının məsləhətçisinin sözlərinə görə, azərbaycanlı yeniyetmələrin nəticələri son hədd deyil. "Əminəm ki, bu son hədd deyil və Olimpiya oyunlarında müəyyən medallar haqqında danışmaq mümkün olacaq", - İrina Viner bildirib.

Minskdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatında proqramın bütün dörd növü üzrə yarışdan sonra Azərbaycan komandası hesabına 211.050 bal yığaraq dördüncü yeri tutub. Gözlənildiyi kimi, birinci yeri Rusiya komandası (230.800) tutub. İkinci yerə turnirin sahibi Belarus (223.125) komandası çıxıb. Üçüncü yeri isə 214.200 balla Ukrayna tutub.

Xəbər lenti

Xəbər lenti