...

Azərbaycanda "Fövqaladə hallar uşaqların gözü ilə" sərgisinin açılışı olub (FOTO)

Cəmiyyət Materials 1 İyun 2011 16:50 (UTC +04:00)
Azərbaycan Fövqaladə Hallar və Təhsil nazirliklərinin təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü ilə əlaqədar həyata keçirilən "Fövqaladə hallar uşaqların gözü ilə" I Ümumrespublika yaradıcılıq müsabiqəsinin qaliblərinin çərşənbə günü mükafatlandırılması və eyni adlı sərginin açılışı olub.
Azərbaycanda "Fövqaladə hallar uşaqların gözü ilə" sərgisinin açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Fövqaladə Hallar və Təhsil nazirliklərinin təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü ilə əlaqədar həyata keçirilən "Fövqaladə hallar uşaqların gözü ilə" I Ümumrespublika yaradıcılıq müsabiqəsinin qaliblərinin çərşənbə günü mükafatlandırılması və eyni adlı sərginin açılışı olub.

Muzey Mərkəzində təşkil olunan tədbirdə fövqaladə hallar nazirinin müavini Faiq Tağızadə bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətinin fövqəladə hal probleminə cəlb edilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılmasıdır. Onun sözlərinə görə, insan uşaqlıqdan artıq fövqəladə hallara hazır olmalı və bu cür hadisələrdə özünü necə idarə etməyi öyrənməlidir və kiməsə yardım etməyi də bacarmalıdır.

Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov tədbirdə bildirib ki, bu müsabiqə davamlı xarakter alacaq. Onun sözlərinə görə, böyüməkdə olan nəslin bu istiqamətdə yaradıcılıq işləri hər zaman dəstəklənməlidir.

Müsabiqəyə məktəblilər tərəfindən hekayə, şeirlər, rəsmlər və konstruksiyalar şəklində minə yaxın iş daxil olub. Müsabiqə qalibləri 8 nominasiya üzrə elan olunublar. Ümumilikdə birinci yerə 28, ikinci yerə 31, üçüncü yerə 23 məktəbli layiq görülüb, 14 məktəbli isə həvəsləndirici mükafat alıb.

Xəbər lenti

Xəbər lenti