...

Azərbaycan - Almaniya görüşündə hesab dəyişib (versiya 4)

Cəmiyyət Materials 7 İyun 2011 22:44 (UTC +04:00)
Azərbaycan və Almaniya yığma komandaları arasında futbol matçı başlayıb.
Azərbaycan - Almaniya görüşündə hesab dəyişib (versiya 4)

Başlıq dəyişilib, təfərrüatlar əlavə olunub (ilk xəbər 21:59-da yayılıb)

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Oyunun 30-cu dəqiqəsində Mesut Özil almanları hesabda irəli çıxarır - 0:1.

41-ci dəqiqədə isə Mario Gomez komandasının hesabına ikinci qoluna imza atır - 0:2.

Matçın 88-ci dəqiqəsində isə Murad Hüseynov Azərbaycan yığmasının birinci qolunu vurur - 1:2.

Tofiq Bəhramov adına Respublika stadionunda 2012-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Almaniya milli komandaları arasında futbol matçı keçirilir.

2012-ci ilin Avropa çempionatı Polşa və Ukraynada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti