...

Tanınmış yazıçı Çingiz Abdullayevlə kitab imzalanma mərasimi keçiriləcək (FOTO)

Cəmiyyət Materials 8 İyun 2011 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzində tanımmış yazıçı Çingiz Abdullayevlə kitab imzalanma mərasimi keçiriləcək. Bu barədə çərşənbə günü Trend-ə ADA-nın mətbuat xidmətindən məlumat verilib.

Tədbir İyunun 10-da, axşam saat 6-da baş tutacaq. Görüşdə Çinqiz Abdullayev oxuculara öz yaradıcılığı, yazdığı son kitablar haqqında danışacaq, onların suallarına cavab verəcək və kitablarını imzalayacaq.

Bütün maraqlanan şəxslər Çinqiz Abdullayevlə görüşə dəvət olunur.

Çingiz Abdullayevin əsərləri 27 dilə tərcümə edilib və MDB ölkələrində, eləcə də ABŞ, Fransa, İsveç, Türkiyə, Bolqarıstan, İsraildə ümumi tirajı 16 milyon nüsxə ilə nəşr edilib. Amerikanın "Krisçen Sayans Monitor" jurnalı onu müasir dövrün siyasi detektiv janrında yazan ən yaxşı müəlliflərdən adlandırıb.

Çingiz Abdullayev 2009-cu ildə Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.

Xəbər lenti

Xəbər lenti