...

BMT: Dünyada uşaqlar arasında İİV-ə yeni yoluxma hallarını 2015-ci ilədək aradan qaldırmaq olar

Cəmiyyət Materials 9 İyun 2011 14:50 (UTC +04:00)
Dünyada uşaqlar arasında İİV-ə (insanın immunçatışmazlığı virusu) yeni yoluxma hallarını 2015-ci ilə qədər aradan qaldırmaq olar. Bunu İİV/QIÇS-lə mübarizə üzrə BMT Birgə Proqramının icraçı direktoru və BMT Baş katibinin müavini Mişel Sidibe deyib.
BMT: Dünyada uşaqlar arasında İİV-ə yeni yoluxma hallarını 2015-ci ilədək aradan qaldırmaq olar

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İ.İsabalayeva/

Dünyada uşaqlar arasında İİV-ə (insanın immunçatışmazlığı virusu) yeni yoluxma hallarını 2015-ci ilə qədər aradan qaldırmaq olar. Bunu İİV/QIÇS-lə mübarizə üzrə BMT Birgə Proqramının icraçı direktoru və BMT Baş katibinin müavini Mişel Sidibe deyib. Bu barədə Trend-ə BTM-nin Bakı ofisindən məlumat verilib.

Sidibe bildirib ki, İİV-ə yoluxmuş hamilə qadının özünü və uşaqlarını qoruya bilməsi üçün ən yaxşı müalicə proqramından istifadə etmək imkanı yaradılmalıdır.

Təxminən 31 ölkədə İİV-in anadan uşağa keçməsinin qarşısını almaq üçün hələ də suboptimal müalicə proqramlarından istifadə olunur. Yüksək gəlirli ölkələrdə isə çox az uşaq İİV-lə doğulur.

"Bunun niyə hər yerdə eyni cür olmamasının konkret səbəbi yoxdur. Harada doğulmasından və yaşamasından asılı olmayaraq, uşaqla ananın həyatı eyni dəyərə malikdir",- Sidibe deyib.

O bildirib ki, İİV virusunun ilk dəfə aşkarlandığı vaxtdan indiyədək 65 milyona yaxın insan bu virusa yoluxub. Onlardan təxminən 30 milyonu həyatını itirib.

Sidibe qeyd edib ki, İİV-ə qarşı profilaktika üçün əlavə müalicə təmin edilməlidir. Qadınlara və qızlara qarşı zorakılığa, homofobiyaya, gender bərabərsizliyinə və İİV-ə yoluxmuş insanların cinayətkar fəaliyyətə cəlbinə, narkotik vasitələrin istifadəsinə son qoyulmalıdır.

Xəbər lenti

Xəbər lenti