Ədliyyə Nazirliyi Azərbaycanda ad və soyadların verilməsi və dəyişdirilməsi ilə bağlı prosedur qaydaları açıqlayıb

Ədliyyə Nazirliyi Azərbaycanda ad və soyadların verilməsi və dəyişdirilməsi ilə bağlı prosedur qaydaları açıqlayıb

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Ədliyyə Nazirliyi ad və soyadların verilməsi və dəyişdirilməsi ilə bağlı prosedur qaydaları açıqlayıb.

Nazirliyin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova cümə axşamı Trend-ə bildirib ki, "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları" ad, ata adları və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir.

Kərimova qeyd edib ki, soyad sonluğuna dəyişiklik edilməsi Milli Məclisin 2 fevral 1993-cü il tarixdə qəbul etdiyi qərara uyğun olaraq həyata keçirilir.

Həmin qərara görə, Azərbaycan Respublikası vətəndaşları mövcud soyadının kökünə -lı, -li, -lu, -lü, -zadə, -oğlu, -qızı soyad sonluğu artırmaqla və ya heç bir sonluq artırmadan (Məsələn: Ağayev soyadında "yev" sonluğu atılır Ağa olur, Əliyev soyadında "yev" sonluğu atılır və Əli soyadı qalır) soyad seçə bilərlər.

Soyad sonluqlarının dəyişdirilməsinin məcburi olub-olmamasına münasibət bildirən nazirlik rəsmisi qeyd edib ki, soyad sonluqlarının dəyişdirilməsində heç bir məcburiyyət yoxdur.

Bu prosedur könüllüdür və hər bir vətəndaşın soyadının sonluğuna dəyişiklik edilməsinə həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra bir dəfə yol verilir. Yetkinlik yaşına çatdıqdan sonra soyadın sonluğuna növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.

Xidmət rəhbəri uşaqlara verilən adlarla bağlı məsələyə aydınlıq gətirərək qeyd edib ki, qaydalara görə uşaqlara onların mənafeyinə xələl gətirən, habelə onun cinsinə uyğun gəlməyən və gülünc adın verilməsinə yol verilmir.

"Bəzi vətəndaşların savadsızlığı, həmçinin əvvəllər adların qoyulması ilə bağlı heç bir məhdudiyyətin olmaması bu sahədə acınacaqlı vəziyyətin yaranmasına səbəb olub. Təsəvvür edin ki, uşaqlarına Fındıq, İnək, Canavar, Dovşan, Kələm, Saat, Maşın və sair kimi gülünc adlar verən valideynlər var. Bu adları daşıyan uşaqlar gündəlik həyatda insanların reaksiyası ilə rastlaşır və psixoloji gərginlik keçirirlər. Yeni qaydaların tətbiqi artıq bu mənfi təcrübəyə son qoyulmasına əsas yaradır", - Xidmət rəhbəri vurğulayıb.

Arxaik, kənardan gələn, başqa xalqlardan götürülən adların uşaqlara verilməsi məsələsinə aydınlıq gətirən Kərimova bildirib ki, qaydalarda bununla bağlı məhdudiyyət nəzərdə tutulmayıb.

Onun sözlərinə görə, qaydaların tələbinə görə uşaqlara qoyulan adlar onların mənafeyinə xələl gətirməməli və cinsinə uyğun olmalıdır.

"Hər bir valideyn elə ad seçməlidir ki, həmin ad gələcəkdə uşağın cəmiyyətdə formalaşmasına mane olmasın, həmçinin daşıdığı ada görə onun xəcalət çəkməsinə səbəb olmasın", - o deyib.

Hər iki cinsin nümayəndəsinə verilən adların qoyulmasına münasibət bildirən Kərimova bunun gələcəkdə də heç bir problem yaratmayacağını deyib.

"Xalqımızda qədim zamanlardan hər iki cinsin nümayəndələrinə verilən adlar çoxdur. Bunlara Hənifə, Ədalət, Şövkət, Məhəbbət, Arzu və sair adları misal göstərmək olar və bunda heç bir qəbahət yoxdur. Lakin qadına Əli, kişiyə isə Fatma adının qoyulmasını cəmiyyət normal qəbul edə bilməz", - Xidmət rəhbəri vurğulayıb.

Nazirlik rəsmisi qeyd edib ki, qaydalar yalnız Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələri olan Azərbaycan vətəndaşlarına da adların verilməsi həmin qaydalara uyğun olaraq həyata keçiriləcək.

Şəxsin Azərbaycan vətəndaşlığını qəbul etməsindən sonra onun adı və soyadı ilə bağlı problemlər yaranmayacaq.

"Əgər hər hansı şəxs Azərbaycan vətəndaşlığını qəbul edərsə, onun da göstərilən hüquqları yaranır və bu hüquqlardan öz arzusuna əsasən istifadə edə bilər", - o deyib.

Xidmət rəhbərinin sözlərinə görə, qaydaların tələblərinin rayon (şəhər) qeydiyyat şöbələrinin əməkdaşları tərəfindən öyrənilməsi və düzgün tətbiq olunmasını təmin etmək məqsədi ilə zəruri tədris tədbirləri təşkil olunur.

Həmçinin adın, soyadın, soyad sonluğunun könüllü dəyişdirilməsi hüququnun vətəndaşlara izah olunması, müvafiq prosedurun sadəliyinin təbliği, maarifləndirmə işinin təşkilinin təmin olunması barədə qeydiyyat şöbələrinə tapşırıqlar verilib.

“Mədəniyyət” telekanalına yeni rəhbər təyin olunub
“Mədəniyyət” telekanalına yeni rəhbər təyin olunub
Teatr direktoru mənimsəməyə görə işdən çıxarılıb - Nazirlik
Teatr direktoru mənimsəməyə görə işdən çıxarılıb - Nazirlik
“Kremerata Baltika” kamera orkestri Heydər Əliyev Mərkəzində çıxış edəcək
“Kremerata Baltika” kamera orkestri Heydər Əliyev Mərkəzində çıxış edəcək
Loading Bars
Xəbər lenti
Sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi məqsədilə vebinar keçirilib
Azərbaycan Dillər Universitetində “Özbək dili günü”nə həsr olunan konfrans keçirilib (FOTO)
Azərbaycandan 100 assistent Türkiyədə tədris-tədqiqat proqramında iştirak edəcək
Azərbaycanla Slovakiya arasında saziş imzalandı, Birgə İşçi Qrup yaradılacaq (FOTO)
Rusiyaya bir sıra bitkiçilik məhsullarının ixracında artım müşahidə olunub - AQTA
Bakıda anası tərəfindən dayəyə verilən azyaşlı sığınacağa yerləşdirilib
Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
“PAŞA Bank”dan 250 000 AZN-dək girovsuz biznes kreditlərini banka gəlmədən onlayn əldə edin!
Gürcüstanın Baş naziri Əli Əsədovu təbrik edib
Azərbaycan hasilat sənayesində şəffaflığın təmin olunması üzrə bütün beynəlxalq səyləri dəstəkləyir - Nazir
Oktyabrın 20-nə USD/AZN rəsmi məzənnəsi
Türk lirəsi ucuzlaşsa da Bakıda satılan Türkiyə malları niyə ucuzlaşmır?
Qanunsuz balıq ovlayanlar saxlanılıb
Prezident İlham Əliyevin səfərləri göstərir ki, “Böyük Qayıdış” üçün bütün potensial imkanlar səfərbər olunub - Vüqar Rəhimzadə
“Mədəniyyət” telekanalına yeni rəhbər təyin olunub
Bakıda yaşayış binasında yanğın olub
Bakıda koronavirusa görə bağça bağlandı
Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
Metronun "Koroğlu" stansiyasında koronavirus xəstəsi saxlanılıb
Neftçalada qardaşını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 102 nəfər koronavirusa yoluxub, 15 nəfər vəfat edib
AccessBank tender elan edir
Yelo Bank “Qan ver, həyat bəxş et” aksiyasını keçirdi
BVF Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb
Nüfuzlu sığorta şirkətinə qarşı mediada qarayaxma kampaniyasına başlanılıb
Azad olunmuş ərazilərdə yaradılacaq milli parkların yerləri müəyyənləşib
Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı tələblərini səsləndirib
Ələtdə Vətən müharibəsi şəhidi Abdullayev Balazadənin anım mərasimi keçirilib (FOTO)
İctimai nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı müraciət etməmişik - BNA
Milli Məclisin mümayəndə heyəti Yunanıstana gedir
TDƏŞ-ə üzv ölkələrin dövlət orqanları arasında Anlaşma Memorandumu təsdiqləndi
Məhərrəm Əliyev “Şöhrət” ordeni ilə təltif edildi
BMT rəsmisi aclıqla mübarizə üçün İlon Maskdan 6 milyard dollar istədi
Hirkan Milli Parkında "Təbiətin keşiyində" adlı eko-skaut düşərgəsi keçirilib (FOTO)
Xalqımızın hər bir nümayəndəsi Vətən müharibəsində qələbəyə öz töhfəsini verdi – Deputat
Sumqayıtda narkotik alverçisi olan qadın və daha 11 nəfər saxlanıldı (FOTO/VİDEO)
Valeh Ələsgərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Macarıstan şirkətləri Qarabağın yenidənqurulması ilə bağlı EXPO-da iştirak edəcəklər
Teatr direktoru mənimsəməyə görə işdən çıxarılıb - Nazirlik
“Yüksəliş” müsabiqəsinin qalibləri üçün mentorluq proqramına start verilir
İranda koronavirusa yoluxanların sayı 5,8 milyonu keçib
Ata Abdullayev məhkəmədə ağladı
Samsung Galaxy Z Fold3 və Z Flip3 satışları bütün rekordları qıraraq, inanılmaz nəticələr göstərib (FOTO)
Minneapolisdə körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb (FOTO)
Vəzifəli şəxslərdən pul tələb edənlərin işi məhkəməyə göndərildi
Rusiya Dövlət Dumasında 10-dan çox deputat koronavirusa yoluxub
Qanunsuz işləyən baytarlıq aptekinin rəhbəri məsuliyyətə cəlb olunub
Azərbaycanda reklam bazarının mövcud vəziyyəti müzakirə edilib (FOTO)
Mingəçevir Dövlət Universiteti şəhid məzun Kənan Abdullayevi anıb (FOTO)
Gədəbəy və Şamaxıya dolu yağıb - Faktiki hava
Slovakiya Azərbaycanla münasibətlərin dərinləşməsində maraqlıdır - Nazir
Sahibkarların kredit faizlərinin 62 milyon manata yaxını dövlət tərəfindən ödənilib
Azərbaycan azad edilən ərazilərinin bərpası ilə yanaşı, yeni imkanları da nəzərdən keçirir - Nazir
Meyxanaçı Cavid Sumqayıtlının siyasi qafiyələrə görə həbs olunması ilə bağlı iddialar yalandır - DİN
Elan saytlarında kirayə ev axtaranları belə aldadırlar
Məktəblər bağlanır? - Nazirlikdən AÇIQLAMA
“BBC World News” telekanalında “Azərbaycanı kəşf et – gələcəyə gedən yol” adlı videoçarx yayımlanır (FOTO/VİDEO)
Distant təhsil problemin həlli yolu ola bilməz - Naqif Həmzəyev
Yaxın vaxtlarda Slovakiyadan Azərbaycana minatəmizləmə maşınları gətiriləcək
Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır - Nazir
Azərbaycanla Slovakiya arasında iqtisadi əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulur
Sabahdan Bakıda bal yarmarkası başlayır
Müəlliflik hüququ ilə qorunan məhsullara nəzarət markalarının tətbiqi üzrə tədbirlər davam edir
Azərbaycan və Slovakiya XİN rəhbərləri mətbuat konfransı keçirib (FOTO/VİDEO)
Azərbaycanın İrandan Rusiyaya ixraca mane olduğu barədə məlumatlar doğru deyil - DGK
Millət vəkili Sevil Mikayılova Xaçmazda şəhid ailələri ilə görüşüb (FOTO)
Mingəçevir Dövlət Universiteti “Tələbə Mediası” layihəsində təmsil olunur (FOTO)
Azərbaycan və Slovakiya XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Rüşvət almaqda təqsirləndirilən 72 yaşlı şirkət rəhbərinə 9 il cəza verildi
Rusiyada koronavirusdan ölənlərin sayı 225 mini ötüb
Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlanıb
Bakıda daha bir qanunsuz tikinti dayandırılıb (FOTO/VİDEO)
Sabah yağış yağacaq, külək əsəcək
İl ərzində qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb
“OBA Market” “Şanslı Qonşu” lotereyasına start verir (VİDEO)
Azərbaycan əhalisinin sayı artıb
“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artaraq 558-ə çatıb
Dini Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə ilahiyyatçı və dinşünas ekspertlərin növbəti dəyirmi masası keçirilib (FOTO)
MDB Gənclər Parlamentlərarası Assambleyasına koordinatorluq Azərbaycana keçəcək
Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib (FOTO/VİDEO)
Kəlbəcərdə yol çəkilişi zamanı qəza olub: Bir nəfər ölüb
Prezident İlham Əliyev Slovakiyanın xarici işlər və Avropa nazirini qəbul edib (FOTO)
İran narkotrafikin Qarabağdakı "boz zonası" üzərində nəzarəti itirdiyinə görə qıcıqlanır - Rusiyalı analitik
Birinci sinif şagirdi koronavirusdan vəfat etməyib - AÇIQLAMA
Xidmət rəisi balıq ovçularını sintetik torlardan istifadəyə son qoymağa çağırıb
Özünü nazirlik işçisi adlandıran dələduz saxlanılıb
Baş prokurorluq qanunsuz torpaq alqı-satqısı ilə bağlı vətəndaşlara müraciət etdi (VİDEO)
Metroda gedişhaqqı artırılacaq? - Metropolitendən AÇIQLAMA
Sabahdan Bakı Ekspo Mərkəzində "Rebuild Karabakh" sərgisi keçiriləcək
Abşeronda taksi sürücüsü qadın müştərini qarət etdi (FOTO/VİDEO)
Sahibkarlara 60 milyon manatdan çox güzəştli kredit verilib - Mikayıl Cabbarov
Çayxanada aşkarlanan koronavirus xəstəsi evə qaytarılıb
PwC yeni strategiyanın tətbiqinə start verdi: The New Equation
İcbari tibbi sığorta üzrə özəl xəstəxanalara məhdudiyyətlər aradan qaldırılır
Daha bir neftdaşıyan tankerin xarici sularda istismarına başlanılıb
Azərbaycan nefti ucuzlaşıb
Suqovuşanda balıq tutmaq istəyən şəxs saxlanılıb (FOTO)
"VKontakte"nin işində qüsurlar yaranıb
İcra hakimiyyətlərindəki monitorinq qruplarının işi bizi qane etmir - Komitə
Bütün xəbərlər