Azərbaycan, Bakı, 12 iyun /Trend/
Azərbaycan ərazisində həftənin ilk iş günü havanın yağmurlu keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bazar günü Trend-ə bildiriblər ki, iyunun 13-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 24-28° isti təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.
Azərbaycanın əksər şəhər və rayonlarında sabah əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 12-17° isti, gündüz 21-27° isti olacaq.