...

Bakıda İstintaq Təcridxanasının rəisi təqaüdə göndərilib

Cəmiyyət Materials 14 İyun 2011 15:30 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, Şüvəlan qəsəbəsində yerləşən, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyindəki 3 saylı İstintaq Təcridxanasının rəisi Əli İsmayılov ədliyyə orqanlarında qulluqkeçmə yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndərilib.
Bakıda İstintaq Təcridxanasının rəisi təqaüdə göndərilib

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda 3 saylı İstintaq Təcridxanasının rəisi təqaüdə göndərilib.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, Şüvəlan qəsəbəsində yerləşən, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyindəki 3 saylı İstintaq Təcridxanasının rəisi Əli İsmayılov ədliyyə orqanlarında qulluqkeçmə yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndərilib.

Onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir.

Bundan öncə 10 saylı cəzaçəkmə müəssisənin rəisi Fikrət İsmayılov, 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Elman Əlişirov və 2 saylı cəzaçəkmə müəssisəsinin rəisi Nahid Xəlilov, Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsinin rəisi İmran Qasımov təqaüdə göndərilib.

Müəssisələrdə rəisin səlahiyyətlərini müvəqqəti olaraq müavinləri həyata keçirirlər.

Ədliyyə orqanlarında qulluqkeçmənin son yaş həddi 55 yaşdır.

Xəbər lenti

Xəbər lenti