...

Qusar ilk dəfə olaraq bədii gimnastika üzrə Azərbaycan çempionatını qəbul edəcək

Cəmiyyət Materials 14 İyun 2011 16:46 (UTC +04:00)
İyunun 18-də bədii gimnastika üzrə 18-ci Azərbaycan çempionatı keçiriləcək.
Qusar ilk dəfə olaraq bədii gimnastika üzrə Azərbaycan çempionatını qəbul edəcək

Azərbaycan, Bakı, 14 iyun /Trend/

İyunun 18-də bədii gimnastika üzrə 18-ci Azərbaycan çempionatı keçiriləcək. Yarışda həm yeniyetmələr, həm də 1996-1998-ci il təvəllüdlü 21 gimnast iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasının məlumatında deyilir.

Gimnastlar həm çoxnövçülükdə, həm də ayrı-ayrı növlərdə mübarizə aparacaqlar.

Azərbaycan çempionu Aliqə Qarayevadır. O, öz titulunu üçüncü dəfə qorumağa hazırdır. Qızıl medal uğrunda əsas rəqiblər Zeynəb Cavadlı və Anna Qurbanova hesab edilirlər. Onlar bu vaxtadək yarışların mükafatçıları olublar.

"Neftçi" gimnastları ilə yanaşı, Bakı Gimnastika Məktəbi, Respublika İdman Məktəbi Kompleksi, "Spartak" və Gəncənin idmançıları da çıxış edəcəklər.

"Çempionata maraq onunla izah edilir ki, yarış ilk dəfə olaraq paytaxtda deyil, Qusar Olimpiya İdman Kompleksində keçiriləcək. Təbii ki, qala-konsertdə nümunəvi çıxışlarla ölkənin şimal regionunun nümayəndələri də çıxış edəcəklər", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti