...

Azərbaycan Konstitusiya Məhkəməsinə edilən müraciət və şikayətlərin sayı artıb

Cəmiyyət Materials 16 İyun 2011 13:02 (UTC +04:00)
Bu il Azərbaycan Konstitusiya Məhkəməsinə edilən müraciət və şikayətlərin sayı artıb. Trend-in məlumatına görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çümə axşamı jurnalistlərə açıqlamasında bildirib.
Azərbaycan Konstitusiya Məhkəməsinə edilən müraciət və şikayətlərin sayı artıb

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Bu il Azərbaycan Konstitusiya Məhkəməsinə edilən müraciət və şikayətlərin sayı artıb. Trend-in məlumatına görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çümə axşamı jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, daxil olan şikayətlərin əksəriyyəti mülkiyyət hüququnun pozuntusu il bağlıdır.

KM sədrinin sözlərinə görə, məhkəməyə vətəndaşlardan il ərzində 700-800 müraciət daxil olur.

Abdullayev bildirib ki, son 6 ay ərzində şikayətlərlə bağlı artıq 12 qərar çıxarılıb.

Onun sözlərinə görə, məhkəmələr tərəfindən KM-ə edilən müraciətlərin sayı artıb. Bu müraciətlər konkret işlərə baxarkən qanunun tətbiqi ilə əlaqədar yaranan problemlərlə bağlıdır.

"Tərəfimizdən həmin müraciətlərə baxılır, rəsmi izahatlar verilir və məhkəmələr bu qərarlardan hüquq mənbəyi kimi istifadə edirlər. İl ərzində məhkəmələrdən 15 belə müraciət daxil olub", - Abdullayev deyib.

KM sədri bildirib ki, bir müddət öncə Konstitusiya Məhkəməsinin tövsiyəsi ilə Milli Məclis tərəfindən 8 qanuna dəyişiklik edilib.

Xəbər lenti

Xəbər lenti