...

Azərbaycanda sosial qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanacaq

Cəmiyyət Materials 20 İyun 2011 11:43 (UTC +04:00)
Azərbaycanda sosial qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanacaq.
Azərbaycanda sosial qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanacaq

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda sosial qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanacaq.

Azərbaycan Hüquqşünaslar Konfederasiyasından Trend-ə verilən məlumata görə, vətəndaşların sosial rifahının yaxşılaşdırılması, layiqli həyat səviyyəsinin təmin olunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi işinə dəstək məqsədilə AHK Almaniyanın Fridrix Ebert Fondunun dəstəyi ilə yeni layihənin icrasına başlayıb.

Layihə çərçivəsində sosial müdafiəyə ehtiyacı olan insanların dövlət qayğısından kənarda qalmaması, sosial qanunvericiliyin təkmilləşdirilməsi sahəsində daha ədalətli metodikanın işlənməsi üzrə təkliflərin hazırlanması nəzərdə tutulub.

AHK tərəfindən pensiya təminatı, sosial müavinətlər, ünvanlı sosial yardımların verilməsi qaydalarının təkmilləşdirilməsi sahələrində də təkliflər hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti