...

Azərbaycanda iki peşə liseyi birləşdirilib

Cəmiyyət Materials 23 İyun 2011 12:31 (UTC +04:00)
Azərbaycanın hökuməti Sumqayıt şəhərində iki peşə liseyinin birləşdiriməsi ilə bağlı qərar qəbul edib
Azərbaycanda iki peşə liseyi birləşdirilib

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Azərbaycanın hökuməti Sumqayıt şəhərində iki peşə liseyinin birləşdiriməsi ilə bağlı qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin cümə axşamı yaydığı məlumatda bildirilir.

Qərara əsasən, Sumqayıt 2 və 4 nömrəli peşə liseyləri birləşdirilərək onların bazasında Sumqayıt 10 nömrəli Peşə Liseyi yaradılacaq.

Qərar Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrasını təmin etmək məqsədi ilə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti