...

"Dinamo" Zaqreb - "Neftçi" oyununun tarixi iyunun 28-də müəyyənləşəcək

Cəmiyyət Materials 27 İyun 2011 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun /Trend/

UEFA-dan "Neftçi" PFK-ya məktub daxil olub.

Trend-in "Neftçi"nin saytına istinadən yaydığı məlumata görə, məktubda Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqrebdə keçiriləcək "Dinamo" - "Neftçi" oyununun hansı gündə baş tutacağının iyunun 28-də məlum olacağı bildirilir. Qarşılaşmanın başlanma saatının isə iyulun 1-dək dəqiqləşəcəyi qeyd edilir.

Bu görüşə hazırlığı Bakıda davam etdirən "Neftçi" təlim-məşq toplanışı keçməkdən ötrü qarşıdakı günlərdə Avstriyaya yollanacaq.

Xəbər lenti

Xəbər lenti